Ulu öndərin xatirəsinə həsr edilmiş musiqili gecə

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Opera studiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə ulu öndərin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Konsert proqramında Bakı Musiqi Akademiyası tələbələrinin ifasında Ü.Hacıbəyli, A.Skryabin, N.Əliverdibəyov, V.AzaraşviliM.Maqomayevin əsərləri səsləndirilib.

Ədəbi-bədii gecədə Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında rəqs nömrələri də alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 13 may.- S.6.