Mədəni gənclik layihəsinin iştirakçıları Rus Dram Teatrında

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi gənclərin incəsənətə marağının artırılması və ölkənin mədəni həyatında yaxından iştirakını təşviq etmək məqsədilə Mədəni gənclik adlı yeni layihəyə başlayıb. Layihəyə könüllü qoşulan tələbələr may-iyun ayları ərzində beş mədəniyyət ocağında Azərbaycan Dövlət Akademik Milli Dram, Akademik OperaBalet, Akademik Musiqili, Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə baxmaq imkanı əldə edəcəklər.

Mədəni gənclik layihəsinə ilk ev sahibliyini mayın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı edib. Bakı Dövlət Universitetinin tələbələri M.F.Axundzadənin Müsyö Jordan və dərviş Məstəli şah komediyasının tamaşasını izləyiblər.

Layihə iştirakçılarına həmçinin yaradıcı kollektivlə görüşmək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı da yaradılır. Tələbələr baxdıqları tamaşalar haqqında məqalə də yaza bilərlər. Yazıların dərc olunmasını Mədəniyyət qəzeti və Teatro.az sənət portalı öz üzərinə götürüb.

 

 

Mədəniyyət.- 2022.- 13 may.- S.7.