Bakıda ilk dəfə
beynəlxalq piano festivalı təşkil
ediləcək
Mayın 20-dən 27-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə I Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.
Festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur. Festivalın təsisçisi və direktoru Əməkdar artist Şahin Növrəslidir.
Qeyd edək ki, festivalda caz, flamenko, tanqo, klassik və müasir musiqilər daxil olmaqla, milli və dünya musiqisi inciləri səslənəcək.
Festivalın konsertləri paytaxtın müxtəlif
sənət məkanlarında təşkil olunacaq
və seyrçilərə canlı musiqi
sədaları altında ecazkar atmosfer bəxş edəcək. Festival üçün
biletlərin qiyməti keçiriləcək məkan və
konsertdən asılı olaraq dəyişir.
Mədəniyyət.- 2022.- 13 may.-
S.2.