Yolumuz Şuşayadır

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) S.Vurğun adına Mərkəzi Kitabxana və 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli” – Zəfərimizin təntənəsi” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin şagirdlərinin ifasında Qarabağa həsr edilən kompozisiya və rəqs nümayiş etdirilib.

Lənkəran RMİ-nin tabeliyindəki Astara rayon Kijəbə qəsəbə Folklor evində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə Folklor evinin “Qərənfil” instrumental ansamblının müşayiəti ilə milli rəqs və xalq mahnıları ifa edilib.

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Xarıbülbülün Vətəni – Şuşa” adlı tədbir keçirilib. Kitabxana əməkdaşlarının təşkil etdikləri “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı sərgi nümayiş etdirilib.

Gəncə RMİ-nin dəstəyi, Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbi və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yolumuz Şuşayadır” adlı tədbir keçirilib. İdarənin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbirdə musiqi məktəbi şagird və müəllimlərinin ifasında vətənpərvərliyi, Şuşanın gözəlliklərini tərənnüm edən musiqi nömrələri səsləndirilib.

 

Mədəniyyət.- 2022.- 18 may.- S.4.