“Rənglənmiş tarix”in növbəti sərgiləri
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Rənglənmiş tarix” layihəsinin növbəti sərgiləri Şuşa rayon Turşsu kənd Uşaq musiqi məktəbi və Ağdam rayon Mədəniyyət Mərkəzində təşkil edilib.
Sumqayıt RMİ Şuşa rayon Turşsu kənd Uşaq musiqi məktəbinin (“Qobu Park-2” yaşayış kompleksi) akt zalında keçirilmiş sərgidə məktəbin 50-yə yaxın şagird və müəllimi iştirak edib. Sərgi iştirakçıları Şuşa musiqiçilərinin rənglənmiş fotoları ilə tanış olublar.
Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət
Mərkəzində (Quzanlı qəsəbəsi) keçirilən
sərgi mərkəzin və Ağdam Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə
gerçəkləşib. İştirakçılara layihə
ilə bağlı bukletlər paylanılıb.
Mədəniyyət.- 2022.- 18 may.-
S.4.