Yeni adlar”ın növbəti konserti

 

Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilənYeni adlarlayihəsi gənc istedadların maraqlı konsert proqramları ilə davam edir.

 

Layihə üzrə növbəti musiqi axşamı mayın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. Respublika beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli-Nəcəfova (piano) Zərifə Alxazova (violin) musiqisevərlərin qarşısına çıxıb. Gənc musiqiçiləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijorƏməkdar artist Fuad İbrahimov) müşayiət edib.

 

Proqramda L.V.Bethovenin “Fortepiano orkestr üçün 4 nömrəli konsert”i D.Şostakoviçin “Violin orkestr üçün 1 nömrəli konsert”i ifa olunub. Orkestrin gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.

 

***

 

Nərgiz Kəngərli-Nəcəfova 1991-ci ildə Bakıda anadan olub. 2008-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasını, 2012-ci ildə BMA- bakalavr, 2004-cü ildə isə magistr səviyyəsi üzrə fərqlənmə diplomu ilə başa vurub. 2015-ci ildə BMA-nın doktorantura pilləsinə daxil olaraq dissertasiya mövzusunu uğurla müdafiə edib.

 

N.Kəngərli-Nəcəfova 2004-cü ildə pianoçuların Q.Qarayev adına II Beynəlxalq müsabiqəsinin laureatı olub. 2007-ci ildə Kövkəb Səfərəliyevanın 100 illiyinə həsr olunmuş gənc pianoçuların I Respublika müsabiqəsində III yerə layiq görülüb. 2012-ci ildə Litvada keçirilən “Hüdudsuz musiqi” (“Music Without Limits”) XII Beynəlxalq festival-müsabiqəsində, 2015-ci ildə VII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan pianoçuların müsabiqəsində laureat adını qazanıb. 2021-ci ildə Gürcüstanda keçirilən “Dünya harmoniyası” (“World Harmony”) IV Beynəlxalq müsabiqəsində üç fəxri diploma layiq görülüb.

 

Zərifə Alxazova 1998-ci ildə Bakıda anadan olub. 2015-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Ü.Hacıbəyli adına BMA-ya qəbul olunub. 2017-ci ildə təhsilini İsrailin Təl-Əviv Universiteti nəzdində Buxmann-Mehta Musiqi Məktəbində (The Buchmann-Mehta School of Music) bakalavr pilləsi üzrə davam etdirmək imkanı qazanıb. 2020-ci ildən həmin təhsil müəssisəsində “Artist diploma” proqramı üzrə təhsilini davam etdirir.

 

Z.Alxazova 2016-cı ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) beynəlxalq müsabiqəsində,  2017-ci ildəTestene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqələrində Qran-pri mükafatına layiq görülüb. 2019-2021-ci illərdə Təl-Əviv Beynəlxalq kamera musiqisi müsabiqəsində laureat adlarını qazanıb. Münxen Yeni Filarmonik Orkestri (Almaniya), İsrail Filarmonik Orkestri, Təl-Əviv kamera, Buxmann-Mehta, Hayfa Yerusəlim simfonik orkestrləri (İsrail) ilə çıxış edib. Gənc musiqiçi Hye-Jin Kim, İyla Kaler, Dmitri Berlinski, Çaim Taub, Şmuel Aşenasi, Ofer Falk Ani Sknarç kimi məşhur violin ifaçılarından ustad dərsləri alıb.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 18 may.- S.5