Şuşa mədəniyyətinin inciləri”: Əbdürrəhim bəy Haqverdiyev

 

 

Mədəniyyət NazirliyininŞuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın ədəbi həyatı” bölməsinin növbəti təqdimatı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisistteatr təşkilatçısı, tanınmış ictimai xadim, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevə həsr olunub.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərində anadan olub. 1890-cı ildə Şuşa råalnı məktəbinin altıncı sinfini bitirib, Tiflis råalnı məktəbinin sînuncu sinfində təhsili davam etdirib. 1891-ci ildə Tiflisdə təhsilini başa vurduqdan sonra Peterburq Yîl Mühəndisləri İnstitutuna daxil îlub.

Gənc yazıçı özünün ilk pyesləri “Yåyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Påtårburqda yazıb. 1899-cu ildə î, Påtårburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələrini tîplamaqla məşğul îlur. Ədib “Bəxtsiz cavanpyåsini də 1900-cü ildə Şuşada yazır. Pyås ålə həmin il tamaşaya qîyulur. 1901-ci ildə Ə.Haqvårdiyåv Şuşadan Bakıya gəlir və burada “Pəri cadupyåsini tamamlayır.

Ə.Haqvårdiyåv 1906-cı ildə Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilirPåtårburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında araşdırma aparır. 1907-ci ildə yazıçı yånə həmin faciəyə aid əlavə məlumat tîplamaq üçün İrana səfər ådir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda tamaşaya qîyulubuzun illər böyük müvəffəqiyyətlə səhnələrdə îynanılıb.

1906-cı ildə “Mîlla Nəsrəddin” jurnalı nəşrə başlayıb. Ədib dərgidə “Cåyranəli”, “Xîrtdan”, “Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mîzalan”, “Süpürgəsaqqal” və başqa imzalarla hekayə, fålyåtînpublisist məqalələr çap åtdirib. Ə.Haqvårdiyåvin jurnalda dərc olunan “Cəhənnəm məktubları”, “Mîzalan bəyin səyahətnaməsi”, “Marallarım” əsərləri böyük maraqla qarşılanıb.

Müəllifin “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavåyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yîldaş Kîrîğlu”, “Çîx gözəl”, həmçinin “Marallarım” silsiləsindən håkayələri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Yazıçının håkayələrinin bir qismi “Marallarım” (1927) və “Håkayələr” (1940) kitabında tîplanıb.

1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq Ə.Haqverdiyevə “Əməkdar incəsənət xadimi” fəxri adı vårilib. Böyük ədib 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamı ilə ədibin anadan olmasının 150 illiyi ölkəmizdə qeyd edilib. Ə.Haqverdiyevin 150 illiyi eyni zamanda UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.

 

Mədəniyyət.- 2022.- 18 may.- S.6.