Özbəkistan telekanalında Azərbaycan
Mədəniyyət Mərkəzi haqqında reportaj
Özbəkistanın “BizTV” telekanalında “Mədəniyyət mərkəzləri” adlı yeni proqramda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) haqqında reportaj nümayiş etdirilib.
Telekanalın baş redaktoru Jaloliddin Mirzoyev proqramın ilk buraxılışının AMM-ə həsr olunduğunu vurğulayıb.
Verilişdə AMM-in direktoru Samir Abbasovun 2010-cu ildə açılan mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətlərimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair fikirləri yer alıb. Direktor Prezident İlham Əliyevin mərkəzin açılışında dediyi sözləri də diqqətə çatdırıb: “Bu mərkəz Azərbaycan və Özbəkistan dostluğunun rəmzidir...” .
Verilişdə AMM-də yaradılmış
Heydər Əliyev muzeyi, habelə “Azərbaycanın
dövlətçilik tarixi muzeyi”, “Odlar yurdunun naxışları” adlı xalça muzeyi haqqında
da söhbət açılıb. Mərkəzin
nəzdində Azərbaycan dili, kompüter kursları, milli
rəqslər, rəsm, əl işləri, fortepiano
dərnəklərinin fəaliyyəti xüsusi
qeyd olunub. AMM-in nəzdində fəaliyyət göstərən
Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs
ansamblından da söz
açılıb, milli rəqslərimizin
Özbəkistanda təbliği barədə süjet
nümayiş etdirilib.
Mədəniyyət.- 2022.- 18 may.-
S.8.