Zəfərin zirvəsi Şuşa

Yerlərdəki mədəniyyət müəssisələrinin Şuşa İli ilə bağlı silsilə tədbir və təqdimatları davam edir.

 

Xaçmaz RMİ Qusar rayon Heydər Əliyev Mərkəzində Zəfərin zirvəsi Şuşa mövzusunda konfrans təşkil olunub. Çıxışlarda bildirilib ki, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə bəslənən sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Konfransın yekununda Şuşa Azərbaycanın mədəniyyət və tarix incisi mövzusunda videoçarx nümayiş olunub.

 

***

 

Gəncə RMİ Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbi Məhsəti Gəncəvi Mərkəzində Əziz Şuşa, sən azadsan! adlı konsert proqramı ilə çıxış edib.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi Şuşa İli münasibətilə Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi musiqi nömrələri ilə çıxış edib. Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımovun çıxışları dinlənilib.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.4.