Biz sizə borcluyuq...

Gəncə RMİ Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı Milli Qəhrəman Şahlar Şükürovun (1952-1990) anadan olmasının 70 illiyi ilə əlaqədar Qəhrəmanlarımızı tanıyaq və tanıdaq adlı xatirə gecəsi keçirib.

 

***

 

Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyasında Vətən müharibəsi şəhidi Elnur Allahverdizadəyə həsr olunan 25 adlı fotosərgi keçirilib. Azərbaycan Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Biz sizə borcluyuq layihəsi çərçivəsində reallaşan sərgidə şəhidin 25 yaşına həsr olunan küçə fotoqrafiyası janrında çəkdiyi 25 foto nümayiş etdirilir.

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun ailəsi ilə görüş keçirilib.

 

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşəbbüsü ilə II Qarabağ müharibəsi şəhidi Anar Şükürovun ailəsi ziyarət olunub.

 

Abşeron rayon MKS-nin 5 nömrəli Mehdiabad qəsəbə kitabxana filialında 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Rza Rəcəbli ilə görüş təşkil edilib.

 

***

 

Bərdə RMİ Yevlax şəhər şəhid Əsgər Həsənov adına Malbinəsi kənd Uşaq musiqi məktəbində Haqqın Zəfəri adlı tədbir keçirilib. İdarə rəisi Vəsilə Möhsümova şəhid Əsgər Həsənovun adını daşıyan bulaq kompleksini ziyarət edibgül dəstələri düzüb.

 

***

 

Xaçmaz RMİ Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyində Quba şəhidlərinin ev-muzeyləri adlı kitabın təqdimatı keçirilib. Təqdimatda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov və digər qonaqlar iştirak edib. Kitab Tarix-Diyarşünaslıq Muzeyi və Vətən müharibəsi şəhidi Rəvan Əliyevin ailəsi ilə birgə ərsəyə gətirilib. Nəşrdə Quba şəhidləri haqqında məlumatlar və fotoşəkillər yer alıb.

 

 

Mədəniyyət.- 2022.- 20 may.- S.4.