Daş buğa fiqurları aşkarlanıb

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan Regional İdarəsinin mütəxəssisləri tərəfindən Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlara baxış keçirilib.

Dövlət Xidmətindən bildirilib ki, monitorinq zamanı daş qoçdaş buğa (camış) fiqurları aşkar edilib.

Qeyd olunub ki, Azərbaycan ərazisində ilk dəfə daş buğa fiquru aşkar olunur.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.4.