Tanınmış televiziyaçı Fuad Vəlixanov vəfat edib

 

 

Tanınmış televiziyaçı, Əməkdar incəsənət xadimi Fuad Vəlixanov mayın 16-da, 81 yaşında vəfat edib.

Vəlixanov Fuad Zülfüqar oğlu 1 may 1941-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1965-1969-cu illərdəMolodyoj Azerbaydjana”, “Vışkaqəzetlərində, “Kommunistnəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, şöbə müdiri, baş redaktor müavini işləyib. 1992-2006-cı illərdə özəl telekanallarda (BMTİ, ANS, “Liderteleviziyası) bədii rəhbər, proqramlar direktoru s. vəzifələrdə çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasına qayıdaraq proqramlar direktoru, Müəllif proqramları xüsusi layihələr departamentinin direktoru işləyib.

2006-cı ildəƏməkdar incəsənət xadimiadına layiq görülüb. Son olaraq İctimai Televiziyada çalışıb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.6.