Xalq artisti Vaqif Əsədov dünyasını dəyişib

 

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış teatr rejissoru, Xalq artisti Vaqif Əsədov mayın 19-da, 75 yaşında dünyasını dəyişib.

Vaqif Firudin oğlu Əsədov 1947-ci il aprelin 5-də Naxçıvanda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyorluğu fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilədək Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmişCavidpoeziya teatrının rəhbəri olub.

 

1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyət göstərən Vaqif Əsədov tamaşaçı rəğbəti qazanan bir çox səhnə əsərlərinə quruluş verib.

1978-ci ildə respublikanınƏməkdar artisti”, 2006-cı ildə isəXalq artistifəxri adlarına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Vaqif Əsədov teatr rejissorluğu ilə bərabər bir çox dövlət əhəmiyyətli tədbirlərin, yubiley mərasimlərinin bədii proqramının quruluş müəllifi olub. 2019-cu ildən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.6.