Mədəni mühitin canlandırılması ilə davamlı inkişaf

Şuşada münaqişədən sonrakı humanitar gündəliyə həsr olunmuş beynəlxalq konfrans

 

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azadlığına qovuşmasından ötən qısa müddətdə ard-arda beynəlxalq tədbirlərə, festival, forumkonfranslara ev sahibliyi edir. Beynəlxalq ictimaiyyət qala-şəhərimizin timsalında Qarabağımızın, onun tacı Şuşanın necə mədəni zənginliklər məkanı olmasının şahidinə çevrilir.

 

Mayın 19-da Azərbaycan Respublikası Mədəniyyət NazirliyiEkologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada işə başlayan Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda beynəlxalq konfrans da Şuşa İlində dünyanın diqqətini 270 yaşlı şəhərimizə yönəldib.

 

Beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru Ebber Ndoro və digər qonaqlar iştirak edirlər.

 

Konfransı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli açıb.

 

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək konfransın iştirakçılarını salamlayıb. Tədbirin əhəmiyyətindən söz açan nazir bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti sayəsində bu gün Azərbaycanın dilbər guşəsi olan Şuşada bir araya gələ bilmişik: Bu gün tədbirdə iştirak edən xarici qonaqlarda sual yarana bilər ki, nəyə görə Şuşa bizim üçün bu qədər önəmlidir? Ona görə ki, Şuşa Azərbaycan mədəniyyətinin özüdür, zənginliyidir və irsimizdir. Bu şəhərin hər daşı bizim üçün o qədər əzizdir ki, hətta Vətən müharibəsi zamanı şanlı Ordumuz yalnız yüngül silahlardan istifadə edərək tarixi abidələrimizə zərər yetirməməyə çalışdı. Bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi plan əsasında Şuşada çox böyük yenidənqurma işləri həyata keçirilir. Şəhərdə infrastrukturun yenidən qurulmasına xüsusi diqqət yetirilir. Hazırda göründüyü kimi, burada sosial infrastrukturun inşasına başlanılıb. Bu yenidənqurma işləri vaxtilə Şuşadan didərgin düşən həmvətənlərimizin tam rahat şəkildə doğma ocaqlarına qayıtmalarına şərait yaradacaq. Əminəm ki, Şuşanın ab-havası sizə müsbət təsir göstərəcək və bu məkanda bundan sonra da bir çox tədbirlərdə sizlərlə bir araya gələcəyik.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçən iclasda TÜRKSOY-un Baş katibi Sultan Raev, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, İCCROM-un Baş direktoru Ebber Ndoro və digər qonaqların çıxışları dinlənilib.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliğindən danışıb. Bildirib ki, Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahıya daxil edilib. Çövkən artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında da geniş yayılıb.

 

Emin Hüseynov milli mədəni dəyərlərimizin qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentiUNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətlərini diqqətə çatdırıb.

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos konfrans iştirakçılarına videomüraciətində Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfünü bildirib. Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən M.A.Moratinos dünyada sülh çağırışı edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda mədəni ruhu geri qaytarmaq üçün ilk öncə sülhü qurmaq lazımdır. Ali nümayəndə sülh anlayışının və sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.

 

BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən M.A.Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib: Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq.

 

Sonra konfrans iştirakçıları italiyalı fotoqraf Fabrizio Continin işğaldan azad edilmiş ərazilərimizdə lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

 

 

Postmünaqişə dövründə dialoq və əməkdaşlıqda mədəniyyətin rolu

 

 

Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu mövzusunda plenar sessiya Böyük Britaniyanın Koventri Universitetində Sülh, EtimadSosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardinin moderatorluğu ilə gerçəkləşib. M.Hardi çıxış edərək konfransın təşkilatçılarına minnətdarlığını bildirib. O, Şuşada keçirilən konfransın önəmini vurğulayaraq qeyd edib ki, dünyada müharibələrin olduğu və sülhə daha çox ehtiyac duyulduğu vaxtda Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi təqdirəlayiqdir: Bu günə kimi bizim Azərbaycanla bu mövzuda bir neçə görüşümüz olub. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş Mədəniyyət naminə sülh (Peace4Culture) təşəbbüsü çərçivəsində görüşlərdə dayanıqlı inkişaf üçün sülhün rolu barədə müzakirələr aparmışıq.

 

Beynəlxalq Tərəqqi Təşkilatının prezidenti Hans Köchler ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən söz açıb. Deyib ki, Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidmətləridir ki, bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev bu gün uğurla davam etdirir.

 

TÜRKSOY-un Baş katibi Sultan Raev, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli, Qahirə Universitetinin professoru, dayanıqlı ətraf mühit üzrə beynəlxalq ekspert Mohsen Abulnaga, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Gülşən Paşayeva çıxışları zamanı ölkəmizin təşəbbüskarı olduğu mədəniyyətlərarası dialoqbir sıra bu qəbildən olan beynəlxalq layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, tarixən Azərbaycanda fərqli dini mənsubiyyəti olan icmalar, milli-etnik qruplar dinc mehriban yaşayıb, öz mədəni irslərini qoruyublar. Çıxışlarda həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən postmünaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək Mədəniyyət naminə sülh (Peace4culture) qlobal layihəsinin də əhəmiyyəti yüksək qiymətləndirilib.

 

 

Dayanıqlı sülhün təməli mədəni irs

 

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin moderatorluğu ilə keçən Dayanıqlı sülhün təməli mədəni irs mövzusuna həsr olunan növbəti sessiyada xidmət rəisi diqqətə çatdırıb ki, sülhün dayanıqlı inkişafı hüquqi şərtdir. Mədəniyyətlərimiz haqqında bilikləri gələcək nəsillərə ötürməli və qorumalıyıq.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Şuşada belə mötəbər bir tədbirdə iştirakından məmnunluğunu ifadə edib, bu şəraiti yaradan insanlara dərin təşəkkürünü bildirib: Qarabağın gözü olan Şuşaya yığışmışıq. Prezident İlham Əliyev 2022-ci ili ölkəmizdə Şuşa İli elan edib. Şuşa bizim mədəniyyətimizin paytaxtı, memarlığımızın güzgüsüdür. Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi tarixi addımdır. Bu münasibətlə fond olaraq müxtəlif tədbirlər keçirməyi nəzərdə tuturuq. Şuşa bu gün artıq dirçəlir, şəhərdə festivallar, konfranslar keçirilir. Gələn il isə Türk Dövlətləri Təşkilatı, TürkPA, TÜRKSOY kimi beynəlxalq təşkilatların himayədarlığı ilə bir sıra tədbirlər keçiriləcək.

 

Daha sonra Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak, Milli Məclisin deputatı Vüqar İsgəndərov və başqalarının məruzələri dinlənilib. Çıxışlar zamanı qeyd edilib ki, mədəniyyət keçmişin, tarixin toplusudur. Mədəni irsimizi qorumaq və gələcəyə ötürmək vacib missiyadır. Mehribansakit gələcək üçün sülh və münaqişəsiz dünya yaratmalıyıq. Mədəni irsin və müxtəlifliyin təbliği də mühüm amildir. Davamlı sülhə şəxsiyyət anlayışına, mədəniyyətlərarası mübadiləyə diqqət yetirmək və müxtəlif sosial qruplar arasında dialoq yaratmaqla nail olmaq olar.

 

Qeyd olunub ki, mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi beynəlxalq hüquqa ziddir. Bu gün dünyamız böyük aşınmalar yaşayır. Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat, dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Multikultural dəyərlərə sahib çıxmaqla sülhə nail olmaq mümkündür.

 

Beynəlxalq konfrans mayın 20-də Şuşada işini davam etdirəcək.

 

 

Mədəniyyət.- 2022.- 20 may.- S.1;2.