Yubiley, görüş, müsabiqə...

 

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 305 illiyi münasibətilə “Vaqif şeirimizin şah misrasıdır” mövzusunda ədəbi-bədii gecə keçirib. Tədbirdə Gəncə RMİ-nin məsləhətçisi Fərid Məmmədli, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və başqaları çıxış ediblər.

 

Gəncə şəhər MKS-nin 4 saylı filialı “İstiqlal şairi Əhməd Cavad” başlıqlı tədbir keçirib. Böyük kitabxanaçı Risalə Həsənova bu il anadan olmasının 130 illiyi qeyd olunan görkəmli şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

 

***

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Nizami Gəncəvi adına kitabxana-klubunda Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunan “Natəvanın lirik poeziyası” adlı ədəbi-bədii gecə keçirilib. Şəhər 24 nömrəli tam orta məktəbin şagirdləri şairənin qəzəllərindən nümunələr səsləndiriblər. Daha sonra onların ifasında Natəvanın Aleksandr Düma ilə şahmat oynadığı səhnə təqdim edilib.

 

Şuşa rayon Turşsu kənd Uşaq musiqi məktəbində dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunanÜzeyir ömrü” adlı tədbir keçirilib. Tədbirdə bəstəkarın “Arşın mal alan” operettasından səhnəciklər nümayiş olunub. Şagirdlərdən ibarət xor kollektivi isə “Leyli və Məcnun” operasından “Şəbi-hicran” parçasını və “Əsgər marşı”nı ifa ediblər.

 

***

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Milli poeziyamızın Musa Yaqub zirvəsi” adlı tədbir keçirilib. Xalq şairi Musa Yaqubun (1937-2021) anadan olmasının 85 illiyi münasibətilə təşkil olunan tədbirdə şairin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib. Oxucular müəllifin şeirlərini səsləndiriblər.

 

***

 

Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə “Mənim naşad olan könlüm” adlı ədəbi-bədii gecə keçirilib. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxış edərək Natəvanı Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından biri kimi xarakterizə edib. Sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının hazırladığı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasından səhnə nümayiş etdirilib.

 

***

 

Kürdəmir RMİ Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində yazarlar Şərif AğayarMübariz Örənlə görüş keçirilib. Tədbirdə çıxış edən RMİ-nin rəisi Faiq Xudanlı hər iki yazıçının müasir nəsrimizdə yeri barədə söhbət açıb.

 

***

 

İsmayıllı RMİ Qobustan rayon MKS-nin Mərkəzi Kitabxanasında böyük maarifpərvər şair Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyinə həsr edilmişDindirir əsr bizi...” adlı şeir qiraəti müsabiqəsi keçirilib. Leyla Qayıbova I, Lamiyə Baxışova II, Rəvanə Qayıbova isə III yerlərə layiq görülüblər.

 

***

 

Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzi və 3 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ağdaş şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərinin müəllimlərinin ifasında vətənpərvər ruhlu musiqilər səsləndirilib.

 

***

 

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov 12-14 may tarixində Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında uğurla iştirak etmiş N.Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin “Halayfolklor kollektivinin üzvlərini qəbul edərək onlara təşəkkürnamələr təqdim edib.

 

***

 

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evi, MKS-nin Qaradağlı kənd kitabxanası və kənd Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Xurşidbanu Natəvan – 190” adlı tədbir keçirilib.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.4.