Yuğ Teatrı Konyada “Min nəfəs, bir səsfestivalında

 

Azərbaycan Dövlət Yuğ Teatrı Türkiyənin Konya şəhərində 20-30 may tarixində keçirilən 14-cü “Min nəfəs, bir səsBeynəlxalq Teatr Festivalında iştirak edir.

Sənət ocağı festivalaKloun Z” tamaşası ilə gedib. Matey VişnekinQoca kloun tələb olunurpyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır. Səhnə əsərində Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.

Festivalda Qazaxıstan, Kosovo, Qaqauziya (Moldova), eləcə Hollandiyadan kollektivlər, İstanbul Dövlət Teatrı Van Dövlət Teatrı da iştirak edir.

Yuğ teatrınınKloun Z” tamaşası mayın 23-də Konya Dövlət Teatrının səhnəsində nümayiş olunub.

 

 

Mədəniyyət.- 2022.- 25 may.- S.2.