Şərqdə doğan ilk hürriyyət

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May Müstəqillik Gününə həsr olunmuş Şərqdə doğan ilk hürriyyət adlı tədbir keçirilib.

 

Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyətindən söz açıb. Muzeyin əməkdaşı Ümidə Hacıyeva 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Cümhuriyyətin tariximizdə yeri barədə məruzə ilə çıxış edib.

 

Tədbir konsert proqramı ilə davam edib. G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Vəfa Həziyevanın rəhbərliyi ilə müəllim şagird kollektivi müxtəlif musiqi nömrələri səsləndiriblər.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, xoreoqraf Afaq Hüseynovanın bədii rəhbərliyi altında Memarlıq İnşaat Universiteti nəzdində fəaliyyət göstərən Buta rəqs qrupu da öz nömrələri ilə konsertə qoşulub.

 

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri, muzey əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.2.