Beynəlxalq konfransın iştirakçıları üçün Şuşada ekskursiya

19-20 may tarixlərində Şuşada keçirilən Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda beynəlxalq konfransın bağlanış tədbirindən sonra qonaqlar üçün şəhərə ekskursiya təşkil edilib.

Müxtəlif ölkələrdən gəlmiş nümayəndələr otuz ilə yaxın sürən işğal dövründə Şuşa şəhərinin məruz qaldığı dağıntıların, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar. Qonaqlar Şuşanın tarixi məkanlarında, qala divarları önündə, Cıdır düzündə xatirə şəkilləri çəkdiriblər.

Şuşada beynəlxalq konfrans çərçivəsində mədəni proqram da təqdim olunub. Qonaqlar Azərbaycan xalq rəqsləri, muğamxalq musiqisi nümunələrindən proqramı maraqla izləyiblər.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.4.