Türk dünyası mədəniyyətinin birgə təbliği

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Raevlə görüşüb.

Görüşdə iki qardaş təşkilat arasında mövcud tərəfdaşlığın daha da genişlənməsi və Türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin təbliği yönündə birgə addımların atılması müzakirə olunub.

TÜRKSOY tərəfindən 2023-cü il üçün Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin əhəmiyyəti nəzərə alınaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY-un birgə əməkdaşlığı çərçivəsində keçirilə biləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.2.