Postmünaqişə dövründə humanitar gündəliyin mədəni tərəfi

Şuşada keçirilən konfransın iştirakçıları beynəlxalq birliyi Azərbaycanın təşəbbüslərinə dəstək verməyə çağırıblar

 

 

Postmünaqişə dövründə humanitar gündəliyin mədəni tərəfi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 19-20 may tarixlərində Şuşa şəhərində Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, digər beynəlxalq qurumların təmsilçiləri, müxtəlif ölkələrdən ekspertlər iştirak ediblər. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos konfransa videoformatla qoşulub.

 

Konfransın ikinci günündə iki plenar sessiya keçirilib.

 

Keçmiş problemlər - gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi adlı sessiyada mədəni irs üzrə ekspert Alessandro Bianki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə heyətinin sədri Məftun Abbasov, Romualdo Del Bianko fondunun baş katibi Simone Ciometti, Cultural Futures LLC təşkilatının direktoru Terri Sandel, Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurası İCOMOS-un Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudova, Viafrancigena mədəni marşrutu elmi komitəsinin üzvü Kristian Şule çıxış ediblər.

 

Çıxışlarda bildirilib ki, Şuşa nəinki Azərbaycan üçün, həm region üçün mühüm əhəmiyyətə malik bir şəhərdir. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunədir burada öyrəniləsi çoxlu dərslər var.

 

Diqqətə çatdırılıb ki, mədəni fəaliyyətlər eyni zamanda ölkədə turizmin inkişaf etməsinə böyük töhfə verir. Tarix irs mədəni bərpanın əsasıdır. Məhz tarixi bilgilər əsasında ərazi haqqında geniş təsəvvür əldə edilir.

 

Günün ikinci, konfransın isə sayca dördüncü sessiyası Yerli regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi ilə ekosistemlərin qorunması mövzusuna həsr olunub.

 

Plenar sessiyada İCESCO-nun Dayanıqlı ağıllı şəhərlər layihəsinin koordinatoru Fuad əl-Ayni, BMT-nin ərzaq kənd təsərrüfatı təşkilatının mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Başaran, biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik ekosistem xidmətləri üzrə hökumətlərarası elm siyasəti platformasının (BEXHP/ İPBES) nümayəndəsi Rövşən Abbasov çıxış ediblər.

 

Natiqlər bildiriblər ki, Ağıllı şəhər konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda bununla bağlı müxtəlif təlimlər keçirilməlidir.

 

Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyi aclıq digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. Ağıllı kənd layihəsinin həm ekosistem üçün, həm modern texnologiyalardan istifadə üçün gözəl plan olduğu vurğulanıb.

 

Hər iki panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Beynəlxalq konfransın bağlanış tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iki gün ərzində aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, postmünaqişə mövzusu bizi birgə düşünməyə vadar edir müzakirə edilən məsələlər öz müsbət nəticəsini verəcək.

 

Tədbirin sonunda beynəlxalq konfrans iştirakçıları adından birgə müraciət oxunub.

 

Azərbaycanın bu mühüm beynəlxalq konfransa Şuşada ev sahibliyi etmək təşəbbüsünü alqışlayırıq. Azərbaycan Hökuməti bütün region üçün uzunmüddətli sabitlik dayanıqlı inkişaf üçün yeni imkanları nəzərdə tutan hərtərəfli iddialı humanitar gündəm müəyyən etmişdir. Biz Azərbaycan Hökumətinin münaqişədən zərər çəkmiş Azərbaycanın mədəni, dini təbii irsinin dirçəldilməsi bərpasına, infrastrukturun yenidən qurulmasına yönəlmiş münaqişədən sonrakı davamlı humanitar səylərini yüksək qiymətləndiririk. Mədəniyyət münaqişələrdən sonra körpülərin qurulmasında, dialoq əməkdaşlığın yaradılmasında universal alət kimi tanınır. Biz mədəniyyətlərarası dialoqun dayanıqlı sülhə töhfə verməsində müsbət rolunu vurğulayırıq. İnanırıq ki, beynəlxalq birlik mədəniyyət fəlsəfəsinin sülhün möhkəmlənməsinə töhfəsinin araşdırılmasını ehtiva edən Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı İCESCO ilə birgə tərəfdaşlıqda elan etdiyi Mədəniyyət naminə sülh qlobal çağırışı kimi təşəbbüsləri dəstəkləyə bilər, deyə müraciətdə vurğulanır.

 

Müraciətdə diqqətə çatdırılır ki, mədəni irsin bir parçası olmaq ondan istifadə etmək hüququ insanların mədəni hüquqlarının tərkib elementini təşkil edir. Dünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində təsbit edildiyi kimi, hər kəsin cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək hüququ var: Mədəni irsin qorunması bütün dünya xalqları üçün böyük əhəmiyyət kəsb edir mənsubiyyətindən asılı olmayaraq, mədəni sərvətlərə vurulan hər hansı zərər, silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasında da öz əksini tapdığı kimi, bütün bəşəriyyətin mədəni irsinə vurulan zərbə deməkdir. Buna görə biz mədəni-dini obyekt abidələrin mənşəyindən asılı olmayaraq hədəfə alınmasını silahlı münaqişələr zamanı, xüsusən işğal vəziyyətində onların məhv edilməsini qətiyyətlə pisləyirik.

 

BMT-nin 11 nömrəli Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı etmək üçün daha yaxşı ekoloji qayğıya və şəhərsalma planına ehtiyac olduğunu təsdiqləyirik. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə zəngin və müxtəlif ekosistemlərin qorunmasına da həssaslıqla yanaşan, dağıdılmış şəhər infrastrukturunun Azərbaycan Hökuməti tərəfindən əhəmiyyətli dərəcədə yenidən qurulmasını qeyd etmək lazımdır.

 

Müraciət bu sözlərlə bitir: Beynəlxalq birliyə müraciət edərək, Azərbaycan Hökumətinin postmünaqişə dövründə infrastrukturun və dağıdılmış tarixi abidələrin bərpasına, mədəniyyətin və irsin dirçəldilməsinə yönəlmiş humanitar təşəbbüslərinə birmənalı və qəti dəstəyini verməyə çağırırıq. Bu kontekstdə biz beynəlxalq birliyin etimadın möhkəmləndirilməsi tədbirlərinə, mədəni-dini və təbii irsin canlandırılmasına və postmünaqişə dövründə uğurlu barışıq modellərinin təşviqinə yönəlmiş səylərə dəstək olmağa çağırırıq.

 

 

Mədəniyyət.- 2022.- 25 may.- S.1;3.