Hər cümlə – bir xəbər

 

Şəki RMİ Zaqatala rayon Mərkəzi Kitabxanasında görkəmli şair, maarifçiictimai xadim Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə “İncə ruhlu zərif xanım” adlı tədbir keçirilib.

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı, 2 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

 

Sumqayıt RMİ Xızı rayon Uşaq musiqi məktəbində görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunanAnam, doğma vətənimsən, Azərbaycanım!” adlı konsert proqramı təqdim edilib.

 

Xızı rayon Şorabad qəsəbə Sənətkarlıq evində fəaliyyət göstərən rəsm kursunun şagirdləri Aylin Zeynallı və Fidan BabayevaKönlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsində I və II yerə layiq görülüblər.

 

Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbi şagirdlərinin hesabat konserti olub.

 

Bərdə RMİ-nin rəisi Vəsilə MöhsümovaMilli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunun Şirvanlı kəndində yerləşən Şirvanlı hamamına baxış keçiriblər.

 

Ağdaş RMİ Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “Ağıllıyıq biz” adlı intellektual oyunun final mərhələsi təşkil olunub.

 

İsmayıllı RMİ Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ağsu şəhər Mədəniyyət evində Rauf Hacıyevin 100 illiyi münasibətilə “Musiqi sənətimizin xəzinəsi” adlı gecə keçirilib.

 

Gəncə RMİ Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbində Fikrət Əmirovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Goranboy şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin hesabat konserti təşkil olunub.

 

 

Mədəniyyət.- 2022.- 27 may.- S.4.