Müstəqillik əvəzsiz nemətdir

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 yaşı tamam olur. Bölgələrdəki mədəniyyət müəssisələrində 28 May Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Əbədi müstəqillik adlı sərgi açılıb. Mayın 31-dək davam edəcək sərgidə Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi, Ağcabədi Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri nümayiş etdirilir.

 

***

 

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində Müstəqilliyimiz əbədidir adlı tədbir keçirilib.

 

***

 

Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət Mərkəzinin filialı olan Quşçu kənd Folklor eviQuşçu kənd kitabxanasının birgə təşkilatçılığı ilə Müstəqillik adlı tədbir keçirilib.

 

***

 

Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 May Müstəqillik Günü: müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün adlı tədbir keçirilib. Tədbirdə Cümhuriyyətin tarixindən bəhs edən sənədli film nümayiş etdirilib.

 

***

 

Ağstafa RMİ Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin pedaqoji kollektivi Bir kərə yüksələn bayraq, bir daha enməz! başlıqlı tədbir keçirib. Tədbirdə məktəbin direktoru Çiçək Maşayeva çıxış edərək Cümhuriyyətin yaranması haqqında məlumat verib.

 

***

 

Bərdə RMİ Bərdə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi, 3 nömrəli şəhər klubu və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Nə şirin sözdür azadlıq adlı tədbir təşkil olunub. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxış edərək Cümhuriyyətin tarixindən söz açıb. Tədbir Bərdə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

 

***

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə muzeyin və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 27 may.- S.4.