Şuşa – bitən həsrətin hekayəsi

 

Yerlərdəki mədəniyyət müəssisələrində “Şuşa İli” münasibətilə müxtəlif səpkili tədbirlər davam etdirilir.

 

Sumqayıt RMİ Sumqayıt şəhər “28 May” Mədəniyyət evində F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbinin “Mədəniyyət paytaxtımız” adlı hesabat konserti keçirilib. Konsertdə Ü.Hacıbəylinin “Sənsiz”, R.Hacıyevin “Gənclik nəğməsi”, C.Cahangirovun “Qəzəl”, S.Ələsgərovun “Poema” və digər əsərlər səsləndirilib. Sonda Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev çıxış edərək məktəbin kollektivinə uğurlar arzulayıb.

 

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin saz ixtisası üzrə müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun təşkilatçılığı ilə “Şanlı Zəfərimiz” adlı sinif konserti keçirilib. Konsertdə Sumqayıt RMİ-nin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov, ADMİU Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, dosent Əhliman Rəhimov, filologiya üzrə fəlsəfə doktoru Fəzail Miskinli və digər qonaqlar iştirak ediblər. Şagirdlərin ifasında aşıq havaları və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.

 

Qubadlı rayon MKS-də “Azad Qarabağım və “Şuşa İli” adlı tədbir keçirilib. Tədbirdə “Qubadlı yazarları” adlı kitab sərgisinə baxış olub. Rayon Mahmudlu kənd tam orta məktəbinin müəllim və şagirdləri vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.

 

Zəngilan Rayon Tarix Diyarşünaslıq MuzeyiAğdam rayon C.Qaryağdıoğlu adına 1 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Əziz Şuşa, biz qayıtmışıq!” adlı tədbir keçirilib. Şagirdlər mahnı və şeirlər oxuyublar.

 

***

 

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində “Xan Şuşinski və Şuşanın dağları” adlı tədbir keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibovun çıxışları dinlənilib. Bədii hissədə şəhər 4 saylı Uşaq musiqi məktəbinin və Şəki Dövlət Regional Kollecinin kollektivi maraqlı konsert proqramı təqdim edib.

 

Qax rayon Mədəniyyət Mərkəzində “Şuşa – bitən həsrətin hekayəsi” adlı ədəbi-bədii gecə keçirilib. Mərkəzin hazırladığı rəngarəng konsert proqramı təqdim edilib, Qax rayon Mərkəzi Kitabxanası tərəfindən tərtib edilmiş kitab sərgisi nümayiş olunub.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Əziz Şuşa, sən azadsan!” adlı tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibov və digərləri çıxış edib. Mərkəzin musiqi və rəqs dərnəkləri üzvlərinin və mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olunub.

 

***

 

Bərdə RMİ Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümovanın da iştirak etdiyi tədbirdə musiqi və incəsənət məktəbləri müəllimlərinin ifasında musiqilər səsləndirilib.

 

***

 

Şəmkir RMİ-nin dəstəyi, Şəmkir rayon MKS-nin təşkilatçılığı ilə “Şuşa İli” – Şuşa zəfəri” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə məktəblilər maraqlı kompozisiyalarla çıxış ediblər.

 

***

 

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evi və kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi keçirilib.

 

Şirvan şəhər MKS-nin 3 saylı kitabxana filialı “Qarabağın tacı, Zəfərin rəmzi – Şuşa” adlı tədbir təşkil edib.

 

***

 

Biləsuvar RMİ Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Bakı şəhəri V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində “Vətənimdir, Azərbaycan” adlı konsert proqramı təşkil edilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, millət vəkili Ceyhun Məmmədov Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov və başqa qonaqlar iştirak ediblər.

 

***

 

Xaçmaz RMİ Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Salam, Şuşa” adlı tədbir keçirilib. Tədbirdə vətənpərvər ruhlu mahnılar səsləndirilib.

 

Xaçmaz şəhər Uşaq incəsənət məktəbi Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur RzayevXaçmaz RMİ-nin rəisi Vüsal Hüseynovun iştirak etdikləri tədbirdə xor kollektivinin, xoreoqrafiyamusiqi şöbələri şagirdlərinin çıxışları alqışlarla qarşılanıb.

 

***

 

Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində jurnalist-yazar Cəfər Cəfərovun ssenarisi əsasında hazırlanmış “Şuşa, ətrin duyulur” tamaşasının premyerası olub.

 

Cəlilabad rayon Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “2022-ci il – “Şuşa İli” adlı tədbir keçirilib. Əvvəlcə Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov çıxış edib. Tədbir Uşaq incəsənət məktəbi müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam edib. Rayonun Sabirabad kənd klubunda Nizami Məmmədov adına 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş viktorina təşkil edilib.

 

***

 

Ağstafa RMİ Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Zirvədə Zəfər – Şuşa bizimdir!” adlı ədəbi kompozisiya keçirib. Tədbir iştirakçıları “Şuşa İli”nə, şəhərin görkəmli şəxsiyyətlərinə həsr olunmuş sərgilərlə tanış olublar.

 

Tovuz rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafKaryera Mərkəzi Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şuşa Qarabağın döyünən ürəyidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Rayonun Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə “Mədəniyyət paytaxtı Şuşa” başlığı altında məktəbdaxili müsabiqə təşkil olunub. Müsabiqədə fortepiano, saz, tar, qarmon və xanəndəlik ixtisasları üzrə şagirdlər iştirak ediblər. Rayon Mərkəzi Kitabxanası isə “Şuşanın ədəbi simaları” mövzusunda oxucu konfransı təşkil edib.

 

***

 

Gəncə RMİ-nin dəstəyi ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin “Şuşa İli”nə həsr olunmuş konserti keçirilib. RMİ-nin rəisi Vasif Cənnətovun da iştirak etdiyi konsertdə məktəbin xor kollektivi, xalq çalğı alətləri və aşıqlar ansamblları çıxış ediblər.

 

Gəncə şəhər MKS “Ruhumuzun ünvanı – Şuşa” adlı musiqili, ədəbi-bədii gecə təşkil edib. RMİ-nin rəisi belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbində “Şuşa İli” – Zəfərimizin dəlili” adlı tədbir təşkil olunub. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Gəncə RMİ-nin rəisi və digər qonaqların iştirak etdiyi tədbirdə məktəbin kollektivi tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib.

 

***

 

İsmayıllı RMİ İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində “Şuşa İli” münasibətilə keçirilən tədbirdə Ağdam rayon 30 saylı tam orta məktəbin şagirdləri şeirlər söyləyib, mahnılar səsləndiriblər.

 

Hazırladı: N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 27 may.- S.4.