Muzeydə Müstəqillik Günü

 

Mayın 26-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində 28 May – Müstəqillik Günü qeyd edildi. Çıxışlardan əvvəl Müstəqillik Gününə həsr edilən videoçarx nümayiş edildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika qurmasının tarixi əhəmiyyətindən danışdı.

Muzeyin böyük elmi işçisi Aynur Müfidzadə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyətimiz” mövzusunda çıxış etdi.

Sonra musiqi proqramı təqdim edildi. Muzeyin Qədim musiqi alətləri ansamblının müşayiəti ilə solistlərXalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Emin SabitoğlununAzərbaycan”, Üzeyir HacıbəylininÇırpınırdın, Qara dəniz”, “Əlində sazın qurbanıxalq mahnısı, Cəfər CabbarlınınTürk marşı”, “Bayatı-Şiraztəsnifi Rastrəngi ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 27 may.- S.2.