Yeni adlar”da yeni ifalar

   

Layihənin növbəti konserti

 

 

 

Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilənYeni adlarlayihəsi davam edir.

Layihə üzrə növbəti musiqi axşamı mayın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. Gənc musiqiçilərrespublika beynəlxalq müsabiqələr laureatları Tahir Əmrahov (tar) Cahandar Xanlarovun (kamança) iştirakı ilə konsert proqramı təqdim olundu.

Musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijorƏməkdar artist İlahə Hüseynova) müşayiət edirdi.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyinin İncəsənət qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət incəsənət xadimləri vardı.

Proqramda Tofiq Bakıxanovun “Tar orkestr üçün 1 nömrəli konsert”i Hacı XanməmmədovunKamança orkestr üçün konsert”i ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.

 

***

 

Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.

 

Tahir Əmrahov 1993-cü ildə Sabirabad rayonunda anadan olub. 2009-cu ildə Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbini tar sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinə, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunub.

 

T. Əmrahov 2005-ci ildə H.Xanməmmədov adına VII Bakı uşaq musiqi müsabiqəsində II yer, 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində II yer, həmin ildə Xalq çalğı alətləri üzrə respublika müsabiqəsində I yer, 2010-cu ildə N.Əliverdibəyov adına Gənc ifaçıların V ümumşəhər müsabiqəsində III yerə layiq görülüb. O, 2011-ci ildə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Milli musiqi alətləri ifaçılarının Respublika festivalında I yerin qalibi, 2012-ci ildə görkəmli tarzən, Xalq artisti Ə.Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş Musiqi Kolleci tələbələri arasında Tar ifaçılarının muğam müsabiqəsinin qalibi adını qazanıb. 2012-ci ildə görkəmli bəstəkar, SSRİ Xalq artisti F.Əmirovun 90 illik yubileyinə həsr olunmuş Orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların Respublika müsabiqəsində I yerin qalibi olub, milli musiqi alətləri ifaçıları xanəndələrin Bülbül adına müsabiqəsində III yerə layiq görülüb.

 

Süleyman Ələsgərov Mədəniyyət Fondu tərəfindən mükafat təqaüdə layiq görülən tarzən 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tələblər arasında musiqi ifaçılarının müsabiqəsində I yer, 2019-cu ildə Qazaxıstanda keçirilənFiestalonia-AlmatyBeynəlxalq müsabiqəsində I yerin qalibi olub. Həmin ildə dünya şöhrətli müğənni Sami Yusufla uğurlu konsertinə görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.

 

Cahandar Xanlarov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə L.və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbini kamança sinfi üzrə bitirərək həmin ildə Azərbaycan Milli Konservatoriyasına daxili olub. 2016-cı ildən bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. 2018-ci ildə həmin universitetdə magistr təhsili almağa başlayıb, 2020-ci ildə təhsilini başa vurub.

 

C.Xanlarov 2010-cu ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb, 2010-cu ildə Mərakeşin Rabat şəhərində keçirilən Mədəniyyət və incəsənət festivalının qalibi olub. 2011-ci ildə müstəqilliyimizin bərpasının 20-ci il dönümünə həsr olunmuş festivalda I dərəcəli diplom, 2013-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına müsabiqəsində I dərəcəli diplomla təltif edilib. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan səninlədir – Sənsiz deyil” III yaradıcılıq müsabiqəsinin qalibi olub.

 

2013-cü ildə C.Xanlarovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2015-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən “Qolosa Zolotoy stepi” adlı Beynəlxalq müsabiqəsində II dərəcəli diplom, 2016-cı ildə İspaniyanın Lloret de Mar şəhərində keçirilən “Qran Flesta” Beynəlxalq incəsənət festivalı və müsabiqəsində II dərəcəli diplomla təltif edilib, 2017-ci ildə Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olub.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 27 may.- S.3.