Fuad Əbdürrəhmanovun Monumental həyatı

O, Azərbaycan heykəlinin oxunu elə atdı ki, uca zirvələrə çatdı...

 

 

Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanova (1915-1971) həsr olunmuş Monumental həyat adlı sənədli film çəkilib. Mayın 25-də Nizami Kino Mərkəzində filmin təqdimatı keçirildi.

 

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları, tanınmış mədəniyyət incəsənət xadimləri, digər qonaqlar iştirak edirdi. Tədbir iştirakçıları öncə mərkəzin foyesində heykəltəraşa həsr olunmuş sərgiyə baxdılar.

 

Filmin prodüseri Nicat Məmmədov jurnalistlərə açıqlamasında bildirdi ki, ekran işinin çəkilişləri Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı Havissos MMC-nin dəstəyi ilə aparılıb. Çəkilişlər Bakı, Gəncə, Şəki, Sankt-Peterburq, Moskva, Düşənbə Brüsseldə gerçəkləşib. Filmdə Azərbaycan Dövlət Arxiv İdarəsi, Azərbaycan Televiziyası Dövlət Film Fondunun arxiv materiallarından, həmçinin sənətkarın şəhərdəki heykəllərinin dron çəkilişlərindən istifadə olunub.

 

Təqdimatda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Fuad Əbdürrəhmanovu qeyri-adi sənətkar kimi xarakterizə etdi: Onun sənəti təkcə Azərbaycanda deyil, xarici ölkələrdə tanınır. Fuad Əbdürrəhmanovun yaradıcılığı təkrarolunmazdır. Mən xoşbəxtəm ki, onunla uzun illər bir yerdə olmuşam.

 

Xalq rəssamı bildirdi ki, görkəmli ədəbiyyat incəsənət xadimlərinin, sərkərdələrin, qəhrəmanların paytaxtımızı bəzəyən heykəlləri F.Əbdürrəhmanov yaradıcılığının məhsuludur. Tişə ustasının monumental heykəltəraşlıq abidələrinə Bakıda Nizami Gəncəvi, Səməd Vurğun Sovet İttifaq Qəhrəmanı Mehdi Hüseynzadənin, Düşənbədə Rudəkinin, Buxarada İbn Sinanın ucaldılmış abidələrini misal göstərmək olar.

 

Mərasimdə çıxış edən millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, bundan 100 il əvvəl Azərbaycanın mədəniyyət həyatında son dərəcə əhəmiyyətli bir hadisə baş verib: 1922-ci il aprelin 28-də indiki Sabir bağında görkəmli şairin ilk heykəli ucaldılıb. 1922-ci ildə Azərbaycanın ilk şair heykəli ucalan vaxtda ölkəmizin sabahkı ən birinci heykəltəraşı Fuad Əbdürrəhmanovun cəmi 7 yaşı vardı. Fuad Əbdürrəhmanovun Azərbaycan tarixindəki ən böyük xidməti ondan ibarətdir ki, bu cavan sənəti dünya səviyyəsinə qaldırmağı bacardı. Bu onun Azərbaycan tarixinə, millətinə müstəsna bir hədiyyəsidir.

 

Rafael Hüseynov dedi ki, 1934-cü ildə, 19 yaşı olanda Fuad Əbdürrəhmanov ilk müstəqil işini, böyük heykəlini yaradıb: O heykəlin adı Oxatandır. Süjeti Şahnamədən alıb. Çünki 1934-cü ildə görkəmli İran şairi Ə.Firdovsinin 1000 illiyi idi. Bu heykəlin Fuad Əbdürrəhmanovun sonrakı taleyində silinməz izi var. Sənətkar bu heykəllə, əslində, öz obrazını yaradıb. O, Azərbaycan heykəlinin oxunu elə atdı ki, bu ox uçduqca uçdu uca zirvələrə çatdı....

 

Daha sonra Monumental həyat sənədli filmi nümayiş etdirildi.

 

Nümayişdən sonra çıxış edən filmin layihə rəhbəri, millət vəkili Cavanşir Feyziyev vurğuladı ki, Fuad Əbdürrəhmanov yaradıcılığının dərinliyini bu sənəti seçmiş gənc heykəltəraşlar araşdıracaq, onun sənətkarlığının böyüklüyünü, möhtəşəmliyini bir daha sübut edəcəklər.

 

Sənətkarın nəticəsi Dərya Əbdürrəhmanova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

 

Sonda çıxış edən filmin baş prodüseri, gənc heykəltəraş Namiq Hüseynov tədbir iştirakçılarına minnətdarlıq etdi.

 

Qeyd edək ki, filmin layihə rəhbəri Cavanşir Feyziyev, baş prodüseri Namiq Hüseynov, rejissoru Samir Kərimoğlu, montajçısı Zaur Xalisoğlu, art direktoru isə İqbal Məmmədəliyevdir.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 27 may.- S.1;2.