ADA Universitetində İtalyan dizayn günü

Mayın 24-də ADA Universitetində İtaliyanın Azərbaycandakı Səfirliyi, İtaliya Ticarət Agentliyi ADA Universitetinin İnkişaf Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə İtalyan dizayn günü mövzusunda tədbir sərgi keçirilib.

 

Universitetin rektoru, səfir Hafiz Paşayev İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri qonaqları salamlayıblar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı mühüm razılaşmaların əldə edildiyini deyən rektor ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin gələcək fəaliyyətindən bəhs edib. Bildirilib ki, sözügedən universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunubbu əməkdaşlıq Azərbaycanda italyan dizayn ənənəsinin daha da geniş yayılmasına fayda verəcək.

 

Səfir Klaudio Taffuri vurğulayıb ki, İtaliya zəngin mədəni keçmişindən yararlanaraq dizaynın gələcək istiqamətinin formalaşmasına töhfə verir.

 

Tanınmış italyan memar Mikel de Lucci dizaynın gələcəyi, konseptual vizyonu barədə məlumat verib, şəhərsalmada Earth Stations yanaşması ilə bağlı təqdimat edib. Maire Tecnimont S.p.A. şirkətinin vitse-prezidenti Cianni Bardazzi Davamlı gələcək üçün dizaynyeni texnologiyalar mövzusunda təqdimatla çıxış edib.

 

ADA Universitetinin prorektoru, universitetin nəzdində İnkişafDiplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən müzakirələrdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, energetika nazirinin müavini Elnur Soltanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər.

 

Anar Quliyev işğaldan azad edilmiş ərazilərin Ümumi planı üzərində işlərin yekunlaşdığını, onun əsasında hazırda şəhərlər üzrə Baş planların, müfəssəl planların müxtəlif hazırlıq mərhələlərində olduğunu bildirib. O, aparılan bərpa-quruculuq prosesində ən qabaqcıl texnologiyamüasir təcrübənin tətbiq edildiyini, tarixi-mədəni irsin qorunmasında İtaliya şirkətlərindən gələn təkliflərin də yüksək qiymətləndirildiyini və bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

 

Tədbir italyan şirkətlərinin dizayn etdiyi layihələrin nümayişi ilə başa çatıb.

 

Mədəniyyət.- 2022.- 27 may.- S.5.