Bir ulduz parladı uzaq üfüqdən...”

 

Əhməd Cavadın yubileyi ilə bağlı tədbir

 

Bakı Slavyan Universiteti (BSU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə böyük şair, tanınmış maarifçiictimai xadim Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyinə həsr edilmişBir ulduz parladı uzaq üfüqdən” adlı tədbir keçirilib.

Tədbirin moderatoru, kafedranın dosenti Günay Qarayeva XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olan Əhməd Cavad yaradıcılığının mövzu dairəsi, dil-üslubforma xüsusiyyətləri barədə geniş məlumat verib.

Kafedranın professoru Rəhilə Qeybullayeva istiqlal şairinin bədii yaradıcılığının bütün dövrlər üçün aktual olduğunu vurğulayıb.

Professor Leyla İmaməliyeva isə Əhməd Cavadın bir neçə xarici dil bilməsi və bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, onun pedaqoji fəaliyyətindən danışıb.

Filologiya fakültəsinin tələbələri Validə Vəliyevanın “1920-1930-cu illər ədəbi tənqidində Əhməd Cavad” və Aytac Mirzəyevanın “Əhməd Cavad yaradıcılığında türkçülük və turançılıq” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.7.