Vətənin Zəfər ünvanlı ölməz oğulları

 

İsmayıllıda Gəncə, Bərdə və Tərtər terroru qurbanlarının xatirəsinə həsr edilən “93 can” adlı fləşmob keçirilib. İsmayıllı RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən fləşmobun məqsədi erməni vandalizminin qurbanlarını yad etmək, döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaqdır.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin müəllim kollektivi şəhid Tərlan Rzayevin ailəsini ziyarət edib.

RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi Vüsal Allahverdiyevin anım mərasimi keçirilib. Şəhidə həsr olunmuş kompozisiya təqdim edilib, şeirlər söylənilib.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Muzeyin direktoru Əntiqə Tağıyeva layihənin əhəmiyyətindən danışıb.

***

Kürdəmir RMİ-nin rəis müavini Vaqif Alıyev 2016-cı ilin Aprel döyüşlərinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli hərbi pilot Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova ilə görüşüb.

Füzuli rayon Yuxarı Kürdmahmudlu kəndində Vətən müharibəsi şəhidi Məhəmmədəli İsmayıllının şəhadətinin ikinci ildönümü münasibətilə xatirəsinə həsr olunan  bulağın açılış mərasimi keçirilib. Tədbirdə Füzuli rayon mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.

Beyləqan şəhərində Vətən müharibəsi şəhidi Toğrul Atakişiyevin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib. Tədbirdə şəhidin ailəsi, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və şəhər sakinləri iştirak ediblər.

***

Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzində N saylı hərbi hissənin beşinci taborunun yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivi tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda bədii hissə maraqla qarşılanıb.

***

Ağstafa RMİ Qazax rayon Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərli Azərbaycanım” adlı konsert proqramı təşkil olunub. “Göyəzən” instrumental ansamblının ifasında Azərbaycana, Zəfərə həsr olunmuş rəngarəng musiqilər səsləndirilib.

Qazax rayon Heydər Əliyev Mərkəzində Ə.Əhmədov adına Qarapapaq kənd orta məktəbi şagirdlərinin iştirakı ilə “İftixarqürur günü” başlıqlı tədbir keçirilib.

Tovuz rayon MKS və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfər salnaməsinin şanlı 44 günümövzusunda bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə I, II, III yerlərin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

***

Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qələbənin ritmi” adlı nağara ifaçılığı müsabiqəsi keçirilib. Müsabiqə uşaq, yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin təbliği, xalqımızın mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi məqsədilə təşkil olunub. Müsabiqənin qaliblərinə Sabirabad rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanı və mükafatları verilib. Digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.

***

Şəki RMİ-nin rəisi Azər Yusubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov, idarənin əməkdaşları Vətən müharibəsi şəhidləri Eltun Qasımov və İbrahim Məmmədovun ailələrinə baş çəkiblər.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.4.