Bizim Komandir

 

Milli Qəhrəman Sahil Məmmədov haqqında film nümayiş olunub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədova həsr olunanBizim Komandirfilmi nümayiş olunub.

Baş İdarədən bildirilib ki, tədbirə qatılan Yasamal rayon 176 nömrəli tam orta məktəbin şagirdləri öncə Heydər Əliyev Mərkəzinin muzey bölməsi ilə tanış olublar. Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolusiyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəblilər filmi izləyiblər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” haqqında 40-dan çox film çəkilib. “Bizim Komandirfilmi Milli Qəhrəman Sahil Ələmdar oğlu Məmmədova həsr olunub.

Filmdə Milli Qəhrəmanın həyat yolundan söhbət açılır. Sahil Məmmədovun döyüş yoldaşları onun komandir kimi döyüş şücaətindən, ailəsi – anası, həyat yoldaşı, oğlu Milli Qəhrəman kimi onunla qürur duyduqlarından danışıblar.

Ekran işində Birinci Qarabağ müharibəsinin iştirakçılarından örnək alan qalib əsgərlərin döyüşə hazırlıqlarıdan, Zəfər paradından videofraqmentlərdən də istifadə olunub.

 

Mədəniyyət.- 2022.- 4 noyabr.- S.6.