Qələbəmiz rənglərin işığında

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində noyabrın 3-də “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovaların iştirakı ilə hazırlanan sərgidə 40-dan çox gənc həvəskar rəssamın əsərləri sərgilənib. Sərgidə “Ada”, “Güvən”, “Nilay” tədris mərkəzlərinin, “RM Art Studio” və “FR Studionun şagirdlərinin əl işləri yer alıb.

Rəsmlərdə Vətən müharibəsində qazanılan şanlı Qələbənin sevinci, füsunkar Qarabağın, Şuşanın görüntüləri təsvir olunub.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, sərginin təşkilatçıları  Elnurə və Aygün İsgəndərovalar, Vətən müharibəsi iştirakçısı, qazi Elçin Nəsirov çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Mədəniyyət.- 2022.- 4 noyabr.- S.2.