Xalq artisti Sara Qədimovanın 100 illiyi münasibətilə

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabrın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın (1922-2005) 100 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.

Konsertdə vaxtilə Sara Qədimovanın məlahətli ecazkar səsində sevilərək ürəklərə yol açan xalq bəstəkar mahnıları, təsniflər Xalq artisti Simarə İmanova, Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Zakir Əliyev, Firuz Səxavət, tanınmış müğənnilər Vəfa Vəzirova, Rəvanə Qurbanova, Şəhla Həmidovanın ifasında səslənib.

Sənətçiləri Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının instrumental heyəti müşayiət edib.

 

Mədəniyyət.- 2022.- 4 noyabr.- S.3.