MOK-nın yubileyinə həsr olunan fotomüsabiqə başa çatıb

 

Bu il Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyidir. Əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir, ölkəmizdə olimpiya hərəkatının uğurlu inkişaf yoluna nəzər salınır.

Milli Olimpiya Komitəsi Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən komitənin yubileyinə həsr olunanAzərbaycanda Olimpiya hərəkatımövzusunda fotomüsabiqə belə layihələrdəndir.

Noyabrın 10-da Bakı Fotoqrafiya Evində fotomüsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı keçirildi.

Mərasimdə MOK-nın baş katibi Azər Əliyev, vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Mədəniyyət Nazirliyinin əməkdaşları, idman mütəxəssisləri digər qonaqlar iştirak edirdilər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək qurumun idmanın olimpiya hərəkatının, olimpiya ideallarının inkişafı təbliği istiqamətində özünəməxsus dəst-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacardığını dedi: “30 illik tarixə nəzər saldıqda görürük ki, qarşıda Milli Olimpiya Komitəsini, olimpiyaçılarımızı zəfər qürur dolu illər gözləyir

MOK-nın yubileyinə həsr olunan müsabiqə haqqında məlumat verən Ç.Hüseynzadə vurğuladı ki, sənət yarışmasına bu ilin 15 avqust tarixində başlanılıb. Ölkəmizin 20 peşəkar fotoqrafının hərəsi müsabiqəyə 10-dək foto göndərib. Münsiflər heyəti 187 foto arasından ən yaxşılarını seçib.

Azərbaycan Fotoqraflar Birliyi İdarə Heyətinin sədri, münsiflər heyətinin üzvü Rauf Umudov söylədi ki, 12 nəfər mütəxəssis fotolara onlayn qaydada baxış keçirib, sonra seçilmiş fotolar haqqında rəylər MOK-ya təqdim edilib.

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə MOK-nın yubileyi münasibətilə təbriklərini çatdırdı. O, həmçinin fotomüsabiqədə qalib adını qazanan iştirakçıları təbrik etdi, yeni uğurlar arzuladı.

Çıxışlardan sonra müsabiqənin qalibləri elan edildi. Dilavər Nəcəfov I, Yaqub Cəfərov, İlqar Cəfərov II, İslam Atakişiyev, Bəhruz Qurbanlı Azər Əlizadə isə III yerlərə layiq görülüblər.

Qaliblərə MOK-nın pul mükafatı diplomları təqdim edildi.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.2.