Qəhrəman oğulların xatirə əşyaları bərpa edilir

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində şanlı Qələbəmiz uğrunda canlarını fəda edən qəhrəmanların xatirə əşyaları bərpa edilir.

Şəhidlər Fərid Əsgərovun və Hətəmxan Quliyevin bərpa olunmuş xatirə əşyaları Elmi Bərpa Mərkəzində keçirilən “44 günün Zəfəri” adlı tədbirdə təqdim edilib.

Hər iki şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Mərkəzin direktoru Zərifə Məlikova tədbir iştirakçılarını salamlayaraq, canı və qanları ilə adlarını tariximizə əbədi yazmış Vətən oğullarının xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılaması məqsədilə həyata keçirilən layihə barədə məlumat verib.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.3.