Mədəniyyət və əyləncənin qovuşduğu yer

 

Azərbaycan haqqında turistik film festivalda 1-ci yerə layiq görülüb

 

Azərbaycan: mədəniyyət əyləncənin qovuşduğu yeradlı qısa film Yunanıstanda, 13-cü Amorqos Beynəlxalq Turizm Filmləri FestivalındaTurizm destinasiyası olan ölkələrnominasiyası üzrə 1-ci yerə layiq görülüb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, eyni nominasiya üzrə ikinci pillədə Avstraliya, üçüncü pillədə isə Avstriya qərarlaşıb.

Turizm destinasiyası olan ölkələr”, “Turizm destinasiyası olan şəhərlər”, “Turizm məhsulları”, “Turizm xidmətləri”, “Səyahət üzrə marketinq videosuMüstəqil səyahət videosunominasiyalarını əhatə edən müsabiqədə 50 ölkədən 145 videoçarx-film iştirak edib. Münsiflərin qiymətləndirməsindən sonra 25 qısa film nominasiyalara namizəd seçilib.

Azərbaycan: mədəniyyət əyləncənin qovuşduğu yerfilmi “DARS FILMS” tərəfindən “BBC World News” üçün hazırlanıb.

Amorqos Beynəlxalq Turizm Filmləri Festivalı 2017-ci ildən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.8.