Şəkidə dahi bəstəkarın yubiley tədbiri

 

 

Şəki RMİ Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə tədbir keçirilib.

Məktəbin müəllimi Solmaz Azaqova bəstəkarın həyat və yaradıcılığı barədə danışıb.

Bədii hissədə məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Sonda məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Sevil Rəsulova Fikrət Əmirovun yaradıcılığı ilə bağlı fikirlərini bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı 2022-ci il martın 15-də sərəncam imzalayıb. Vurğulanıb ki, görkəmli bəstəkarın zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.4.