Özbək sənətçilər Bakı səhnəsində

 

Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik OperaBalet Teatrının kollektivi Bakıya qastrola gəlib.

Vokalbalet truppaları, xorsimfonik orkestrdən ibarət 179 nəfərlik heyət paytaxtımıza teatrın repertuarından iki əsər – “Xumobaletini və “Riqoletto” operasını gətirib.

Özbəkistanlı sənətçilər Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində iki tamaşa ilə çıxış etdilər.

Qonaq kollektiv noyabrın 16-da Özbəkistanın Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Ənvər Erqaşovun (1954-2021) “Xumobaletini (dirijor Əzəmxan Əhmədov) təqdim etdi.

Qeyd edək ki, tamaşanın quruluşçu baletmeysteri Gürcüstanın Xalq artisti Georgi Aleksidze, baletmeysteri Özbəkistanın Əməkdar artisti Nazimə Həsənova, quruluşçu rəssamı Özbəkistanın Əməkdar mədəniyyət işçisi Zubaydullo Batırovdur.

Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülüb.

Özbək milli baletinin dəyərli nümunələrindən olan tamaşada xeyirlə şərin mübarizəsindən bəhs olunur. Xeyir şər qüvvələr üzərində zəfər çalır. Sehrli quşXumo isə xeyirxahlıq və ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

Tamaşanı izləyənlər arasında Azərbaycan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də millət vəkilləri, bir sıra ölkələrin diplomatları, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı.

Xalq əfsanə və əsatirləri əsasında ərsəyə gələn balet nümunəsi zərifliyi, ifaçıların ustalığı və quruluşunda milli elementlərin çoxşaxəli sintezi ilə tamaşaçıların rəğbətini qazandı.

Özbəkistan Dövlət Akademik OperaBalet Teatrı kollektivinin paytaxtımızda ikinci tamaşası da yaddaqalan olub. Özbək sənətçilər bakılı operasevərlərə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin məşhur “Riqoletto” operasının (dirijor Denis Vlasenko) tamaşasını təqdim ediblər.

Əsas partiyaları Özbəkistanın məşhur opera ulduzları – Xalq artistləri Şükür Qafurov, Ramiz Usmanov ifa ediblər.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.1.