“I am jazzman!” müsabiqəsinin dinləmələri

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilənBakı Caz Festivalı – 2022” çərçivəsində “I am jazzman!” (“Mən cazmenəm!”) adlı gənc caz ifaçıları müsabiqəsi təşkil olunub.

Müsabiqənin məqsədi ölkədə caz sənətinin təbliği gənc istedadların üzə çıxarılmasıdır. “I am jazzman!” bu sahədə ilk addımlarını atan musiqiçilər üçün gözəl fürsətdir.

Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçılarının ikinci tur dinləmələri keçirildi. Gənclərin əksəriyyəti ilk dəfə idi ki, müsabiqəyə qatılmışdı. Onlar dünyanın məşhur caz ifaçılarının repertuarından müxtəlif kompozisiyalar ifa etdilər.

Müsabiqənin növbəti turu qala-konserti noyabrın 19-da keçiriləcək.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.3.