Tanınmış teatr xadimi Natiq Gülməmmədov dünyasını dəyişib

 

 

Əməkdar mədəniyyət işçisi, tanınmış teatr xadimi Natiq Gülməmmədov noyabrın 19-da vəfat edib.

Natiq Məmməd oğlu Gülməmmədov 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olub. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirib. 1984-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb.

1973–1979-cu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında müxtəlif vəzifələrdə çalışan Natiq Gülməmmədov 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr ) bədii quruluş hissə müdiri işləyib. 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrı və 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı vəzifəsində çalışıb. 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında, 2010–2015-ci illərdə isə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini kimi fəaliyyət göstərib.

Natiq Gülməmmədov 2015–2016-cı illərdə Akademik Milli Dram Teatrında direktor müavini, sonra isə sərəncamçı direktor vəzifəsində çalışıb. Son olaraq Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini olub. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxmışdı.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.6.