Bölgələrdə “Şuşa İli” tədbirləri davam edir

 

Kürdəmir RMİ-nin Beyləqan rayon nümayəndəliyi tərəfindən “Şuşa İli” münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada regional idarənin rəisi Faiq Xudanlı və Beyləqan rayon mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində Birinci Şahsevən kənd Diyarşünaslıq evinin ərazisində, həmçinin digər kənd klub müəssisələri və kitabxana filiallarının ətrafında ümumilikdə 270 ədəd kiparis, qarağac, xan çinar, göyrüşs. növ ağaclar əkilib.

***

Ağcabədi RMİ Ağcabədi Dövlət Rəsm Qalereyası rayonun Heydər Əliyev adına meydanında “Qarabağ Azərbaycandır!” adlı rəsm əsərlərinin sərgisini təşkil edib. Sərgidə Qarabağımıza, onun tacı Şuşaya və digər mövzulara həsr olunan əsərlər yer alıb.

***

Sabirabad RMİ-nin əhatə etdiyi Saatlı rayon Mədəniyyət Mərkəzinin şəhər 1 saylı klubunda “Şuşanın görkəmli şəxsiyyətləri” mövzusunda tədbir keçirilib.

 

Mədəniyyət.- 2022.- 25 noyabr.- S.4.