Bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilir.

Baş idarədən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, milli musiqifolklor janrının inkişaf etdirilməsidir.

Müsabiqədə paytaxt üzrə mədəniyyət evləri və klubların 30 bədii özfəaliyyət kollektivi (xalq çalğı alətləri, rəqs kollektivləri, muğam üçlüyüvokal-estrada üzrə) iştirak edir.

Müsabiqəyə yekun vurulduqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.3.