Türkiyədə Qarabağ Zəfərinə həsr olunan xatirə sikkəsi hazırlanıb

 

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ Zəfəri ilə əlaqədar gümüş xatirə sikkəsi hazırlanıb.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xatirə sikkəsini ona hədiyyə edib.

Səfir bununla bağlı özünün “Twitter” hesabında paylaşım edib. Türkiyə haqlı mübarizəsində sonadək Azərbaycanın yanındadır”, – deyə Cahit Bağcı qeyd edib.

Mədəniyyət  2022.- 7 oktyabr.- S.6.