Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təqdim edilib.

Baş idarədən bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsertdə Hərbi İnstitutun İdeoloji və mənəvi-psixoloji təminat şöbəsinin rəisi Dəyanət Allahyarov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, sahibkar Ruhi Əliyeva, məktəbin zabitkursant heyəti iştirak ediblər.

Aparıcı Ayaz Məmmədov konserti açıq elan edərək əlamətdar günün tarixi barədə ətraflı məlumat veribPrezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyini vurğulayıb.

Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Mələkxanım Əyyubova, müğənnilər Günay İbrahimli, Zaur Əmiraslanov aşıq Əlinin ifa etdiyi mahnılar, Aysel rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.2.