Müstəqilliyimiz əbədi və dönməzdir!

 

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi (RMİ), Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki rayon komitəsinin dəstəyi, Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir!” adlı konsert proqramı keçirilib. Konserti Şəki RMİ-nin rəisi Azər Yusubov, MİHİ-nin Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov və digər qonaqlar izləyiblər.

***

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində “18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü” adlı tədbir təşkil edilib. Tədbirdə tarixi günün əhəmiyyəti, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verilib.

***

Sabirabad RMİ Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqilliyimizin şanlı tarixi” adlı tədbir keçirilib. Tədbirdə Şirvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

***

Ağstafa RMİ Qazax rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyimiz əbədidir və dönməzdir!” adlı tədbir təşkil edilib. Mərkəzin direktoru Zahidə Həsənova əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb, müstəqil ölkəmizin keçdiyi inkişaf yolundan danışıb.

***

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı “Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə, Zəfər Gününə həsr olunmuş şeirlər söyləyiblər.

Gəncə şəhər MKS-də “Əbədi və dönməz müstəqilliyimiz” adlı sərgi təşkil edilib. Sərgidə Azərbaycanın müstəqillik yolundan bəhs edən 60-dan çox kitab, dövri mətbuat və elektron nəşrlər nümayiş olunub.

Samux rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafKaryera Mərkəzinin Samux nümayəndəliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Çiçəklənən Azərbaycan” adlı məktəbli gənclər arasında bilik yarışı keçirilib.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.4.