Bakı Xoreoqrafiya Akademiyasında tanınmış rəqqasə ilə görüş

 

 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) respublikanın Əməkdar artisti, görkəmli rəqqasə, müəllim Aliyə Ramazanova ilə görüş keçirilib.

Görüşdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, akademiyanın müəllim-tələbə heyəti iştirak edib.

Görüş iştirakçıları Aliyə Ramazanova ilə bağlı ürək sözlərini bölüşüb, rəqqasənin sənət yolundan bəhs ediblər.

Aliyə Ramazanova akademiya rəhbərliyinə dəvətə görə təşəkkürünü bildirib, sənət yolundan danışıb, gənc xoreoqraflara məsləhətlərini verib.

Tədbirdə görkəmli rəqqasənin səhnə fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.

Aliyə Ramazanova görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb və BXA-ya öz kitabını hədiyyə edib.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.5.