Zəfər salnaməsini qanı və canı ilə yazanlar

Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi və şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə Vətəni yaşadan igid oğullar adlı görüş keçirilib. Görüşdə qazilər Vidadi Əliyev, Elmin Həsənov və Həsən Yaqubov çıxış edərək cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin döyüş yolundan söz açıblar.

RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi Rüfət Mustafayevin anım mərasimi təşkil olunub. Rayon Mədəniyyət eviMahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib.

Xızı rayon MKS-nin əməkdaşları Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Elnur Ağaəhmədovun ailəsini ziyarət ediblər.

***

Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanasında Zəfərə aparan yol: dinimilli həmrəyliyimiz adlı tədbir keçirilib. Tədbir iştirakçıları Vətən müharibəsi haqqında videoçarxı izləyib, sərgi ilə tanış olublar.

***

Lənkəran RMİ Lerik rayon Heydər Əliyev Mərkəzində Tariximizi dəyişən böyük Qələbə başlığı altında tədbir təşkil edilib. Tədbir gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq, eləcə də yeniyetmələrin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması işinə töhfə verməkdir.

***

Quba rayonunun İkinci Nügədi kəndində Vətən müharibəsi şəhidi Cəlil Xeyrullayevin xatirəsinə inşa olunan xatirə kompleksi istifadəyə verilib. Açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar Müharibə təəssüratlarım mövzusunda tədbir təşkil edilib. Tədbirdə Qələbəmizin ruhu naminə adlı sərgi nümayiş olunub.

***

Tərtər rayonunun Sarov kəndində Vətən müharibəsi şəhidi Nurlan Şirinlinin xatirəsinə inşa edilmiş abidənin açılışı olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidin həyat yolundan, 44 gündə başa çatan Vətən müharibəsindən, şanlı Zəfərimizdən danışıb.

***

Kürdəmir RMİ Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsində Füzuli şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsinin (17 oktyabr) ikinci ildönümü münasibətilə Qələbə qığılcımından böyük Zəfərə adlı tədbir keçirilib. Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları və sənədlərindən ibarət guşəyə baxış olub.

***

Balakən şəhərində Vətən müharibəsi şəhidi Kamal Məmmədovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı keçirilib. K.Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Suqovuşan istiqamətində şəhid olub, Balakən şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

***

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasının əməkdaşları Ağstafa şəhər 2 saylı uşaq bağçasında Füzuli şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə Qarabağın cənub-şərq cəbhəsi başlıqlı rəsm sərgisi təşkil ediblər.

Ağstafa rayon MKS-ninrayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Qurban Mehdizadənin ailəsini ziyarət ediblər.

 

N. Məmmədli

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.4.