Türk xalqları tarixinin görkəmli tədqiqatçısı

 

 

Bakıdakı Rus Evində məşhur tarixçi, şərqşünas, yazıçı Lev Qumilyovun (1912-1992) 110 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə politoloq, jurnalist Aleksandr Kostin və Bakı Slavyan Universitetinin dosenti Elşanə Ağasıyeva alimin əsərləri, onun etnogenez nəzəriyyəsi, türk xalqları tarixinin öyrənilməsinə verdiyi böyük töhfələr haqqında məruzə ilə çıxış ediblər.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) tələbələri, ümumtəhsil məktəblərinin və ali məktəblərin müəllimləri iştirak ediblər. BDU tələbələrinə “Ədəbi qonaq otağı” layihəsində iştirak etdiklərinə görə təşəkkürnamələr təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.8.