İstanbulda Turan Manafzadənin solo konserti

 

 

İstanbulda Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar pianoçu Turan Manafzadənin solo konserti keçirilib. Konsert proqramı Türkiyənin Mədəniyyət Turizm NazirliyininBəyoğlu Mədəniyyət Yolufestivalı çərçivəsində İstanbulun “Grand Perasəhnəsində baş tutub.

Konsert barədə danısan Turan Manafzadə səsləndirilən əsərlərin əksəriyyətinin söz musiqisinin özünə aid olduğunu bildirib: “Proqrama aranjiman etdiyim xalq mahnıları da daxil edilmişdi. Bundan əlavə, Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə repertuarıma onun “Mən səni araram” əsərini də əlavə etdim. Dahi bəstəkarımız haqqında dinləyicilərə məlumat verdim. Salonu dolduran sənətsevərlər Azərbaycan musiqisini böyük sevincmaraqla qarşıladı, mənimlə birgə oxudular”.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.8.