Bəstəkarlar İttifaqının üzvləri “Humay” mükafatı ilə təltif olunublar

 

 

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “HumayMilli Mükafatı Akademiyası tərəfindən təsis olunanHumay” mükafatının builki laureatları arasında Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvləri də var.

ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov (“Qarabağ trilogiyası”na görə), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov (elmi-nəzəri ifaçılıq müsabiqələrinin və konfransların təşkilinə görə) və musiqişünas-publisist Raya Abbasovaya (“Dialoq” kitabına görə) təqdim olunub.

Qeyd edək ki, bəstəkar Cəlal AbbasovunQarabağ trilogiyası”na 3 əsər daxildir: Şuşaya həsr olunmuşBir daha səni görə bilsəydim...” adlı 4 saylı simfoniya, Milli Qəhrəman Albert AqarunovunQarabağ şəhidlərinin xatirəsinə “İn memoriamrekviyemi və Vətən müharibəsində Qələbəyə həsr olunmuş “Şanlı Azərbaycan” odası.

Musiqişünas-publisist Raya Abbasovanın “Dialoq” kitabı dünya şöhrətli rəssam Tahir Salahovun həyat və yaradıcılığına həsr olunub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, BMA-nın məktəb-studiyasının yaradıcısı Tərlan Seyidovun rəhbərliyi ilə müntəzəm olaraq keçirilən elmi-nəzəri ifaçılıq müsabiqələri və konfranslar gənc musiqiçilər nəslinin hazırlanmasına böyük töhfədir.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.5.