Muğam axşamlarında Mahur-hindi

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) Muğam axşamları layihəsi davam edir. Layihə üzrə oktyabrın 17-də reallaşan konsertdə Mahur-hindi muğamı təqdim olunub.

Konsertdə BMM-in solistləri Əməkdar artist Səbuhi İbayev Muğam Televiziya Müsabiqəsinin qalibi Könül Xəlilzadə çıxış ediblər.

Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı, Əməkdar artist Çinarə Heydərova, kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli balabanda Rəfael Əsgərov müşayiət ediblər.

2017-ci ildən həyata keçirilən layihənin beynəlxalq mediada işıqlandırılmasında Baku jurnalı böyük rol oynayır. Muğam axşamlarının konsertləri İctimai Radio ilə dinləyicilərə təqdim olunur.

Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.3.